Əhd sandığı
Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq.
Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir.